İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın kiber bölməsinin üç üzvünün olduğu qərargaha zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
"İsrailin Müdafiə Ordusu və ordunun hərbi kəşfiyyatı Qəzzada HƏMAS-ın operativ sığınacağında olan üç döyüşçünü zərərsizləşdirib. Hədəfə İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən zərbə endirilib", - hərbçilərin xəbərində deyilir.
Hərbçilər qeyd ediblər ki, qərargah İsrailə qarşı kiberhücumlar üçün istifadə olunub.
Qeyd edək ki, İsrailin və Qəzza sektorunun sərhədində vəziyyət mayın 10-da axşam daha da gərginləşib.