21 May 2021 13:50
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan Prezidenti Armen Sərkisyanın Azərbaycanda saxlanılan erməni terrorçularla bağlı məktubunu cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Buriç Ermənistan prezidentinə cavabında müharibədən sonra yaranmış durumla bağlı vəziyyəti diqqətdə saxladıqlarını bildirib.

“Qarabağ və ətrafındakı humanitar və insan haqlarının vəziyyətini yaxından izləməyə davam edirik”, - şuranın baş katibi bildirib.

Buriç qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya Komissiyası “Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” mövzusunda hesabat hazırlayır.

“Avropa Şurası öz səlahiyyətləri daxilində bölgədə uzunmüddətli sülh və rifahın əldə edilməsində iki ölkəyə kömək etmək üçün mümkün olan hər şeyi edəcək”, - Buriç əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər