22 May 2021 10:17
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Vendi Şerman iyunun 15-də keçiriləcək NATO sammiti ərəfəsində Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Şermanın 25 may-4 iyun tarixləri arasında Brüssel, Ankara, Cakarta, Punom Pen, Banqkok və Honoluluda olacağı bildirilib.

Brüsseldəki görüşlərdən sonra Ankaraya gələcəyi açıqlanan Şermanın burada Türkiyənin hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyi deyilib.

Qeyd edək ki, bu, Co Bayden ABŞ-da hakimiyyətə gəldikdən sonra Vaşinqtondan Türkiyəyə ilk rəsmi səfər olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər