Rusiya müdafiə naziri Sergey Şoyqu özünü təkbaşına idarə edə bilən robot tankların istehsalına başlanıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, döyüş robotlarının kütləvi istehsalına başlanılması haqda məlumat verən Şoyqu bu tankların təkbaşına döyüşə biləcək xüsusiyyətlərə malik olduğunu diqqətə çatdırıb.
Nazir Rusiyada gələcəyin silahları üzərində böyük işlər görüldüyünü deyib.
ABŞ-ın “The National Interest” (NI) hərbi jurnalı Rusiyada istehsal olunan “Uran” pilotsuz döyüş maşınlarının əsas rəqiblərdən bir addım qabaqda olduğunu və gələcəkdə baş verə biləcək qarşıdurmalarda güc nisbətini dəyişdirməyə qabil olduğunu yazıb.