İranda bir gün ərzində koronavirusdan 216 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi bildirib.
Ümumilikdə ölənlərin sayı 78 597 nəfərə çatıb.
Ölkədə virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 8 631 artaraq, 2 832 518-ə yüksəlib.
Virusa yoluxmuş 4 855 pasiyentin vəziyyəti kritik qiymətləndirilir.
Bununla yanaşı, 2 333 789 pasiyent evə buraxılıb.
Bu günə kimi İran İslam Respublikasında 18 932 896 COVID-19 testi aparılıb.