25 May 2021 23:14
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas Avropa Birliyinin Belarusdan idxalı ciddi şəkildə məhdudlaşdırmağı planlaşdırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi Avropa Birliyi dövlətlərinin Belarusdan neft məhsulları, gübrələr, avtomobillər və traktorların tədarükünü tamamilə dayandıracaq.

O, qeyd edib ki, Prezident Aleksandr Lukaşenkon davranışını dəyişməsə, AB respublikanın Avropa texnologiyalarına çıxışını məhdudlaşdıra bilər.

“Sanksiyalar siyahısı yenilənəcək, yeni paketlər olacaq, hər növ ixracda məhdudiyyətlər olacaq. Amma Belarusu Şimali Koreyanın statusuna keçirmək istəmirik”, - Adomenas vurğulayıb.

Nazir müavini Lukaşenkonun Belarusu qorxunc duruma sürüklədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər