26 May 2021 10:49
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Amerika lideri Co Baydenlə görüş ərəfəsində Rusiyada həbs olunan amerikalılar - Trevor Rid və Pol Uilanı sərbəst buraxmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, sabiq diplomat bu barədə Tvitter səhifəsində yazıb.

“Putin ABŞ-la sabit, proqnozlaşdırıla bilən, normal münasibətlərin qurulmasını istəsəydi, ədalətsiz şəkildə həbs edilən amerikalılar – Rid və Uilanı gələn ay Baydenlə görüşmədən əvvəl sərbəst buraxa bilər”, - Makfol bildirib.

Moskva məhkəməsi ötən il iyulun 30-da Trevor Ridi 9 il həbs cəzasına məhkum edib. 28 yaşlı amerikalı Rusiyanın hökumət nümayəndəsinə fiziki zərər verməkdə təqsirli bilinir.

Eyni zamanda, Moskva məhkəməsi ötən il iyunun 15-də başqa bir ABŞ vətəndaşı Pol Uilanı casusluqda təqsirli bilərək 16 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbsə məhkum edib.

Qeyd edək ki, Putin və Bayden gələn ay İsveçrənin Cenevrə şəhərində görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər