31 May 2021 01:55
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 134 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 957 nəfər test edilib, onların 6 min 933-nün koronavirus testi pozitiv nəticə verib, 10 min 763 nəfər sağalıb, min 390 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 405 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 919 min 848 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 105 min 042 nəfəri müalicə olunaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com