2 İyun 2021 10:38
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqondan İsrailin müdafiə qabiliyyətini gücləndirmək üçün bir milyard dollar pul istəniləcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Cənubi Korolina ştatının senatoru Lindsey Qrahan bildirib.

Senator deyib ki, Qəzza sektorundakı hərbi qarşıdurmadan sonra İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) 1 milyard dollarlıq təcili hərbi yardım istəyəcək.

Qeyd edək ki, senator bu bəyanatını İsrail səfərindən öncə verib.

O əlavə edib ki, belə bir fondun səsvermədən keçməsi üçün Senatda üzərinə düşəni həyata keçirəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər