Rusiya tərəfdarı, separatçılar tərəfindən Ukrayna dövlətinə qarşı vuruşan 23 yaşlı Martin Kantor 20 il müddətinə həbs edilib.
Teleqraf.com xəbər verir ki, 23 yaşlı döyüşçünün məhkəməsi Çexiyanın paytaxtı Praqada baş tutub
Martin Kantor terror hücumu və terror fəaliyyətlərində aktiv fəaliyyəti səbəbindən bu cəzaya məhkum edilib.
İddianamədə Kantorun 2015-ci ildə Rusiyaya keçdiyi, oradan Luqanskiyə gedərək separatçılara qoşulduğu, snayper kursuna cəlb edildiyi və Ukraynaya qarşı döyüşlərdə iştirak etdiyi bildirilib.