5 İyun 2021 09:38
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi üzvləri - Danimarka, Fransa, Yunanıstan və İspaniya qaçqınlara qarşı toplama düşərgələri, məcburi itələmə və səs topları ilə müdaxilə kimi işgəncəyə bənzər üsulların tətbiqinə başlayıb.

Teleqraf.com xəbər verir ki, birlik dövlətləri beynəlxalq qanunlar və insan haqlarına baxmayaraq, Avropaya çatmaq üçün ölüm risklərini gözə alan olan qaçqınlara qarşı ağlasığmaz qanunlar qəbul edirlər.

Təkcə son bir ayda dörd Avropa Birliyinə üzv ölkəsi - İspaniya, Yunanıstan, Fransa və Danimarka qitədə sığınacaq axtaranlara yönəlik qərarları ilə təpkiləri üstlərinə çəkiblər. Nəhayət, Danimarka Parlamenti ölkəyə üz tutanların xaricdə qurulacaq düşərgələrdə toplanmasını da əhatə edən qanun layihəsini təsdiqləyib.

Bu qanun sığınacaq axtaranların Avropa sərhədləri xaricində bir ölkədə qurulan toplama düşərgələrində saxlanılmasını ehtiva edir.

Danimarka mediası, hökumətin bu çərçivədə 5-10 ölkə ilə danışıqlar apardığını yazıb. Ruanda, Misir, Efiopiya və Eritreyanın da bu ölkələrin sırasına daxil olduğu iddia edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər