5 İyun 2021 11:13
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyarder Oleq Deripaska Rusiya Prezidenti Vladimir Putinin 2030-cu ilə qədər ölkəni idarə etmək üçün kart-blanşı olduğunu deyib.

Teleqraf.com xəbər veir ki, bu barədə o, RBC-yə müsahibəsində danışıb:

“Onlar (Qərb ölkələri) bir az ləng düşüncəlidirlər, Rusiyaya daha çox təzyiq göstərə biləcəklərini güman edirlər. Yada salın: Rusiyada kim qazanacaq – soyuducu, yoxsa televizor?.. Prezidentin qalib gəldiyi aydındır. İndi onun təkcə qarşıdakı Duma seçkiləri üçün, təkcə 2024-cü il seçkiləri üçün yox, 2030-cu ilə qədər kart-blanşı var”.

Milyarder qeyd edib ki, Rusiya Qərbin düşüncəsində qovulmuş ölkədir, reallıqda isə elə deyil: “Biz sadəcə fərqliyik. Bizim ölkəmiz fərqlidir, fərqli tarixi reallıqlara sahibdir və belə yaşayırıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər