Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.
Teleqraf.com xəbər verir ki, bunu M.Çavuşoğlu tvitterdə yazıb.
“Fransalı həmkarım Jan İv Lö Drianla çoxtərəfli əlaqələrimizi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Fransa ilə əlaqələrimizi qarşılıqlı hörmət əsasında gücləndirməyi planlaşdırırıq”, - o bildirib.