Fransa Prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.
Teleqraf.com bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşıb.
Qəfil bir kişi Makronun üzünə şillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə edərək onu hadisə yerindən uzaqlaşdırıblar. Makron qaytımaq istəsə də, təhlükəsizlik xidməti buna icazə verməyib.
İnsidentə görə iki nəfər saxlanılıb.