ABŞ-ın Texas ştatında yerləşən hərbi bazaya silahlı hücum edilib.
Teleqraf.com xəbər verir ki, San Antonio-Lakland bazasına hücum edən və kimliyi bəlli olmayan iki şəxsin axtarıldığı bildirilir.
Rəsmi məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.
Hərbi hissəyə hücum edənlərin şəxsiyyəti müəyyənləşməyib. Bazaya gedən yollar bir müddət bağlanılıb.