10 İyun 2021 17:19
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyada millət vəkilləri parlamentin plenar iclası zamanı dava edib.

Teleqraf.com xəbər verir ki, davaya səbəb Evo Moralesin istefasından sonra 2019-2020-ci illərdə Boliviya prezidenti səlahiyyətini icra edən millət vəkili Cinayn Aqnesin həbsinin qanuniliyinə baxılması olub.

Parlament Aqnesin necə hakimiyyətə gəldiyini araşdırıb və Daxili İşlər naziri Eduardo del Kastillonun hesabatını dinləyib. Bəzi deputatlar Aqnes administrasiyasının seçkilərdən sonra saxtakarlığa qarşı etirazlara səbəb olan qanuni bir keçid hökuməti olduğunu söyləyiblər, digərləri bunun Moralesin devrilməsi üçün bir çevriliş olduğuna inandığını ifadə edib.

Müxalifət lideri Henri Romero və hakim Sosialist Partiya üzvü Antonio Kolque arasında mübahisə sonradan əsl döyüşə çevrilib, az sonra parlamentin daha iki deputatı bu prosesə qoşulub.

Həmin vaxt bir qrup insan parlamentin binası qarşısında aksiya keçirirmiş.


Müəllif: Cavad

Oxşar xəbərlər