12 İyun 08:45
273

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampı fövqəltəbii insan kimi xarakterizə edib.

Teleqraf.com xəbər verir ki, Putin bu barədə ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibədə bildirib.

Rusiya lideri Tramp haqqında danışarkən onun eyni zamanda istedadlı və bacarıqlı şəxsiyyət olduğunu deyib: “Donald Tramp bacarıqlı və istedadlı insandır, əks təqdirdə o, ABŞ prezidenti olmazdı. O, parlaq şəxsiyyətdir. Onu bəyənə bilərsiniz və ya əksinə. Tramp əvvəllər böyük siyasətin bir parçası deyildi və bəziləri bunu sevir, bəziləri sevmir, amma bu, həqiqətdir”.

Putin həmçinin Amerikanın indiki lideri Co Baydenin onunla bağlı qalmaqallı açıqlamalarından narahat olmadığını söyləyib.

“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”, - Putin deyib

Xatırladaq ki, Bayden Putini qatil adlandırmışdı.

Qeyd edək ki, Putin ABŞ televiziyasına sonuncu dəfə üç il bundan əvvəl müsahibə verib. Onun müsahibəsi geniş formada iyunun 14-də efirdə nümayiş olunacaq.

Müəllif: Teleqraf.com