4 Noyabr 2014 00:41
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı ölkənin ikinci ən böyük qaz yatağını da ələ keçirdi

İŞİD Suriyanın ikinci ən böyük qaz yatağı olan Haccar qaz yatağını (Humus şəhəri) və onu işlədən Mahr şirkətini ələ keçirdiyini açıqlayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinəgörə, İŞİD ilə Əsəd rejimi ordusu arasında bir çox ərazilərdə qarşıdurmalar davam edir.

İŞİD öz internet saytında Haccar bölgəsindəki qaz yatağı və onu işlədən Mahr şirkətini, eləcə də Əsəd rejiminə aid silahları ələ keçirdiyini bəyan edib.

Üç gün əvvəl Humus çölündə El Şair qaz yatağını ələ keçirdiyini bildirdikdən sonra terror təşkilatı ölkənin ən böyük ikinci qaz yatağını da ələ keçirməklə artıq bütün bölgəni "Xilafət torpaqları"na qatdığını iddia edib.

Bölgədə Əsəd rejiminə aid 9 hərbi məntəqədə ordunun silahlarını ələ keçirdiyini bəyan edən İŞİD, irəliləməyə çalışdığını və yeni bölgələri ələ keçirməyi planlaşdırdığını bildirib.

Son xəbərlərə görə, İŞİD Dəməşin yaxınlığındakı Bab Toma bölgəsini top atəşinə tutub. Bölgədə qarşıdurma davam edir.

Dəməşin şərqindəki Ain Terman bölgəsində də şiddətli qarşıdurmalar yaşanıb. Qərb tərəfdə isə İŞİD Kisvah bölgəsində Əsəd güclərini hədəf alan bir bombalı hücum reallaşdırıb.

Suriya mübaşir Şebekesi'ne görə, rejim təyyarələri, Hələbdə Zəhra və Lermon bölgələrinə hava hücumları reallaşdırıb.

Nihad


Müəllif: