Ermənistanda polis parlament seçkilərində 141 pozuntu faktı qeydə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polis rəisinin müavini Ara Fidanyan məlumat verib. Onun sözlərinə görə, seçki pozuntularından 47-də cinayət əlamətləri var. Onlardan üçü İrəvanda, qalanları bölgələrdə qeydə alınıb.
Qaynar xətt vasitəsilə isə 87 fakt qeydə alınıb və xüsusilə seçicilərə təzyiq, rüşvət, seçki məntəqələrindəki texniki problemlərlə bağlı şikayətlər çatdırılıb.