Fransada COVID-19 virusuna yoluxanların sayı 2 mindən aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, son sutka ərzində 1986 nəfər virusa yoluxub, 33 nəfər ölüb. Ümumillikdə isə 110 968 nəfər virusa yoluxaraq dünyasını dəyişib.
Pandemiya dövründə ölkədə 5 milyon 766 min 315 nəfər xəsətəliyə yoluxub. Lakin ümumi statistika ilə virusa yoluxanların sayı 0.8 faiz aşağı enib. 9 190 nəfər aktiv xəstə müalicə alır.