2021-2023-cü illərdə Belarus və Ermənistan koronavirus infeksiyasına qarşı dərmanların yaradılması da daxil olmaqla 6 birgə elmi-texniki layihə həyata keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “BelTA” respublikanın Elm və Texnologiya Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Planlaşdırılan ortaq layihələr arasında COVID-19-a qarşı kompüter yoxlama texnologiyalarından istifadə, molekulyar modelləşdirmə və digər prosedurlar da var.
“Bu və digər layihələr dünya səviyyəli araşdırmalardır. Biz alimlərimizin səylərini birləşdirərək sürətli şəkildə yüksək texnoloji inkişaflar, gələcəkdə isə yeni istehsal yarada bilərik”, - deyə Belarus Elm və Texnologiya Dövlət Komitəsinin sədri Aleksandr Şumilin bildirib.