1 İyul 2021 14:41
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həm müharibəni davam etdirmək, həm də eyni millətdənik demək olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dünən Rusiya Prezidenti Vladimir Putinin “ukraynalılar və rusları bir millət kimi görürəm” açıqlamasına cavab olaraq deyib.

Prezident Zelenski bildirib ki, ruslar və ukraynalılar arasında çoxlu ortaq nöqtələr var: “Tariximizin bir qismi müştərəkdir, xatirələrimiz, qonşuluğumuz, qohumluq, faşizmə qarşı birgə qələbə və ortaq faciələrimiz var. Amma bu, bizi eyni millət etmir. Ukraynalılar və ruslar eyni millət olsaydı, Moskvada Dövlət Dumasında Ukrayna bayrağı dalğalanar və qrivna (Ukrayna milli valyutası) istifadə olunardı”.

Zelenski qeyd edib ki, məqsədləri Donbasda müharibəni başa çatdırmaq və Ukraynanın ərazi bütövlüyünü təmin etməkdir: “Həm torpaqları açıq şəkildə işğal edərək müharibəni davam etdirmək, həm də eyni millətik demək olmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər