Rusiyada son sutka ərzində koronavirus səbəbindən ölənlərin sayı 672 nəfərə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu, pandemiyanın başlanğıcından yeni rekord göstəricidir.
Bir gün əvvəl isə virus səbəbindən 669 nəfər dünyasını dəyişmişdi.
Eyni zamanda Rusiyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma sayı 23 min 543 nəfərə yüksəlib ki, bu da 17 yanvardan bəri ən yüksək göstəricidir.
Ümumilikdə, ölkədəki infeksiya səbəbindən ölənlərin sayı 135 min 886 nəfər olub.