5 İyul 2021 10:34
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xristian aləminin dini lideri Papa Fransisk “Gemelli” klinikasında əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, Vatikanın açıqladığı məlumatda bağırsağından əməliyyat keçirən Papanın vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Roma Katolik Kilsəsinin rəhbəri əvvəllər bağırsağının simptomatik divertikulyar stenozu əməliyyatı üçün xəstəxanaya yerləşdirilmişdi.

84 yaşlı Papanın vəziyyətinin yaxşı olduğu, gənc yaşlarında ciyərlərindən birinin çıxarılması səbəbiylə tənəffüsdən əziyyət çəkdiyi ifadə edilib.

Qeyd edək ki, Papa 2013-cü ildə vəzifəyə başlayandan bəri ilk dəfə xəstəxanaya düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər