6 İyul 2021 14:27
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə sənayesində olan ciddi boşluqları Türkiyə daxil olmaqla bir neçə ölkə ilə birlikdə həll etdik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba bəyan edib.

Nazir deyib ki, yaranan böhranı Türkiyə daxil olmaqla bir neçə ölkə ilə birgə yoluna qoymuşuq.

NATO haqqında danışan Ukraynanın baş diplomatı qeyd edib ki, Ukrayna NATO-nun üzvü olacaq, amma bunun üçün zamana ehtiyac var:

“NATO üzvü olana qədər ətrafımızdakı ölkələrə çevrilməliyik. Dünyada bəzi önəmli ölkələr fərqli siyasi səbəblərdən Ukraynaya silah satışını rədd edib. Bu sərt qərardır. Ancaq Türkiyə, ABŞ və İngiltərə kimi ölkələrlə razılaşaraq hərbi və texniki problemlərimizi həll etdik. Kimsə buna inanmırdı, ancaq Ukraynanı NATO-nun geniş imkanlar proqramı ilə birləşdirdik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə sifariş verdikləri "Bayraqdar TB2" dronlarının onlara təhvil verilməsini gözlədiklərini, bu dronlardan istifadə edəcək Ukrayna hərbçilərinin Türkiyədəki təlimlərinin yaxın zamanlarda başa çatacağını açıqlamışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər