Belarus və Rusiya prezidentləri – Aleksandr Lukaşenko və Vladimir Putin bu gün Sankt-Peterburqda görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
İclasda dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Belarus prezidentinin səfərinin müddəti və qarşıdakı görüşdə hər hansı bir sənədin imzalanması barədə məlumat hələ bildirilməyib.
Məlumata görə, prezidentlər iyulun 1-dəki telefon danışıqları zamanı üz-üzə görüşmək barədə razılığa gəliblər. Eyni zamanda Kremldən gözlənilən səfər barədə rəsmi məlumat yoxdur.