ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) yüksək çinli nümayəndəsinin tabeliyində olan qadınla romantik sevgi münasibətləri yaşaması xəbəri böyük rezonans doğurub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin 22 iyulda yayımladığı hesabatda bildirilib.
Yüksək çinli agent bu münasibətlər haqda vaxtında məlumat verməyib.
Hesabatda həmin şəxsin adı və soyadı qeyd edilməsə də, “Vaşinqton Post”un əldə etdiyi məlumata görə, bu, FTB-nin Konqreslə bağlı əlaqələrini kurasiya edən direktor müavini Jill C.Tisondur.
Qeyd edilir ki, Ədliyyə Nazirliyində müxtəlif vəzifələr tutan Tison 2018-ci ildə FTB-də işə keçib.