Nüfuzlu elm adamlarının apardığı araşdırmalara görə, ölümcül istilik dalğaları 2050-ci ilə qədər yeddi qat artacaq.
Teleqraf.com xəbər verir ki, mütəxəssislərin fikrincə, rekord istilər qlobal istiləşmənin şiddətinə və sürətinə uyğun qeydə alınır.
Tədqiqatçılar bildirir ki, 2050-ci ilə qədər həftələrlə davam edən isti hava şəraiti 2-7 dəfə artacaq.
Bundan əlavə, istilik dalğalarının yayılma sürətinin 2051-2080 dövründə hər 3 ildə 21 dəfə artacağı məlum olub. Şimal-orta enliklər bu istilərdən daha çox təsirlənəcək. Regiondakı bu kimi hadisələr hər 6-37 ildən bir təkrarlanacaq.
Tədqiqatda iştirak etməyən Bristol Universitetinin iqlimşünası Vikki Tompson bildirib ki, son bir ayda ABŞ və Kanadada yeni istilik rekordları qeydə alınıb: “Bu səbəbdən mindən çox adam ölüb. Avropa və Çində dağıdıcı daşqınlar baş verib. Qlobal istiləşmə planetimizi təsir altına alır. Gələcəkdə nələrin olacağını indidən bilmək çox vacibdir”.