Çin müdafiə naziri Vey Fenxe rusiyalı həmkarı Sergey Şoyqunu avqustda ölkəsində keçiriləcək birgə hərbi təlimləri izləməyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, söhbət Çinin Ninsiya-Xueysk Muxtar Bölgəsində keçiriləcək Rusiya-Çin təlimlərindən gedir.
Fenxe köhnə dostuyla görüşünə sevinəcəyini vurğulayıb. O, belə bir görüşün bəzi ölkələrin xoşuna gəlməyəcəyini söyləyib.
Rusiya müdafiə naziri dəvəti qəbul edib.