ABŞ Dövlət Katibi Entoni Blinken Küveytdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adan Gebreyesus ilə görüşüb və koronavirusun mənşəyinin öyrənilməsi üzrə araşdırmaların ikinci mərhələsini müzakirə edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
Məlumata əsasən, tərəflər digər məsələlərlə yanaşı ÜST-də islahatların davam etdirilməsi və qurumun gücləndirilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.