ABŞ prezidenti Barak Obamanın keçən ayın ortalarında İranın dini lideri Ayətullah Əli Xamneyiyə gizli məktub göndərdiyi və İŞİD-lə mübarizənin iki ölkənin ortaq mənfəəti olduğunu vurğuladığı iddia edilir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Wall Street Journal-da gedən məalədə bildirilir. Xəbərə görə, məktub İŞİD-lə mübarizədə tərəfdaşlıq və nüvə müzakirələrin müsbət nəticələnməsi üçün İran dini liderinin rəftarını yumuşatmasını hədəfləyir.
Məktubun Obamanın prezident dövrü boyunca İranın siyasi və dini liderlərinə göndərdiyi ən azı dördüncü məktub olduğu, ABŞ-ın müttəfiqi olan ərəb ölkələri və İsraili qıcıqlandırmamaq üçün gizli saxlanıldığı qeyd edilir.
Bu ölkələr hesab edir ki, İranla yumşaq davranmaq gələcəkdə onun nüvə silahı ələ etməsinə gedən yolu asanlaşdıracaq. Ərəb ölkələri ayrıca İranla ABŞ arasında gizli həyata keçirilən təmaslardan duyduqları narazılığına ifadə edərək, iki ölkə arasındakı yaxınlaşmanın bölgədəki tarazlığı dəyişdirəcəyindən narahatdır.
Respublikaçılar partiyasının Konqresin iki qanadında da üstünlüyü ələ keçirməsi səbəbindən Obamanın İranla əlaqələri yumşaltmaq və İŞİD-lə mübarizədə ortaqlıq cəhdlərinin çox da asan olmayacağı iddia edilir.
Nihad