Rusiya Xarici işlər naziri Sergey Lavrov türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, telefon danışığında Əfqanıstandakı vəziyyət müzakirə edilib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov və Çavuşoğlu Əfqanıstandakı vəziyyəti ətraflı şəkildə müzakirə edərək, ölkədəki durumun sabitləşməsində maraqlı olduqlarını bildiriblər.
Nazirlər Əfqanıstandakı əsas milli qüvvələri dərhal təhlükəsizlik və ictimai asayişi bərpa etməyə çağırıblar.
Beynəlxalq və ikitərəfli gündəmdə olan digər məsələləri müzakirə edən Lavrov və Çavuşoğlu gələcəkdə ən yüksək səviyyədə ikitərəfli görüşlərin təqvimini nəzərdən keçiriblər.