Fransa polisi Lil və ölkənin cənubunda yerləşən ən böyük şəhərlərdən biri Monpelyedə sanitar keçidlərə qarşı etiraz edənləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Teleqraf.com xəbər verir ki, Monpelye şəhərində etirazlar sağçılarla solçular arasında qarşıdurma ilə bitib. Nəticədə polis dava edənləri ayırmaq üçün gözyaşardıcı qaza əl atıb. Lil şəhərində etiraz edənlər isə ekstremist nümayişçilərdir. Hər iki şəhərdə keçirilən nümayişlərdə nizam bərpa edilib.
Qeyd edək ki, hökumətin epidemiya ilə mübarizə tədbirlərindən narazı qalan şəxslər tərəfindən 200 -dən çox mitinq və nümayiş keçirilir.