Fransa təxliyə etdiyi əfqanlardan beşini “Taliban”la bağlantısı olması səbəbindən həbs etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Daxili işlər naziri Gerard Darmanin deyib.
Nazir Əfqanıstandan təxliyə edilən 5 nəfərin Daxili Təhlükəsizlik Departamenti tərəfindən saxlanıldığını təsdiq edib.
Fransa mediası həbs edilən əfqanlardan birinin “Taliban”la əlaqələrini etiraf etdiyini açıqlayıb.
Qeyd edək ki, Paris 5 təyyarə ilə Əfqanıstandan çoxu əfqan olmaqla 600 nəfəri təxliyə etdiyini açıqlayıb.