26 Avqust 2021 10:12
4 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsgərlərimiz geri çəkildikdən sonra biz Kabil hava limanının işlədilməsini davam etdirə bilərik. Mülki mütəxəssislərimiz hava limanının işlək vəziyyətdə olmasına dəstək verə bilərlər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğanın sözçüsü İbrahim Qalın “Taliban”ın dəstək istəməsi mövzusunda danışarkən deyib.

Qalın əlavə edib ki, bu mövzuda müzakirələr aparılır: “Bunu Türkiyənin davam etdirməsi məsələsində ortaya iradə də qoyurlar”.

Prezident sözçüsü Türk əsgərlərinin Əfqanıstandan çıxması mövzusuna da münasibət bildirib: “Sahədə olan gerçəkliyə görə hərəkət etmək məcburiyyətindəyik. Əsgərlərimiz orada böyük uğur sərgilədi. Türkiyə Cümhuriyyəti dövlətini ləyaqətlə təmsil etdilər. Hər biri də ölkəmizə sağ-salamat qayıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər