Rusiyanın sülhməramlı kontingenti gərginliyi azaltmaq və etimad yaratmaq üçün Dağlıq Qarabağda fəaliyyət göstərir.
Teleqraf.com xəbər verir ki, Sergey Lavrov Qarabağ məsələsinin həllində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin şəxsən iştirak etdiyini bildirib:
“Bu iş bir günlük deyil. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdiyi 9 Noyabr və 11 Yanvar razılaşmaları var. Bu iş bir gün üçün nəzərdə tutulmayıb və bu işdə üç ölkənin liderləri şəxsən iştirak edir. Qarabağdakı Rusiya sülhməramlı kontingenti gərginliyi azaltmaq və etimad yaratmaq üçün fəaliyyət göstərir”.
Lavrov əlavə edib ki, rus sərhədçiləri erməni müttəfiqlərinə azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə də “kömək” edirlər.
Nazir Lavrov İrəvan və Moskva münasibətləri haqda danışarkən deyib ki, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı çox inamla irəliləyir: “Ermənistan bizim müttəfiqimizdir. Dünən Ermənistanın yeni xarici işlər naziri Rusiyaya səfər etdi, danışıqlar apardıq. İkitərəfli baxımdan çox zəngin bir gündəmimiz var”.