3 Sentyabr 2021 08:25
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya qaçqınların sığınacaq və sanitar-texniki tikililəri ilə təmin olunması üçün Əfqanıstanın qonşu ölkələrinə 30 milyon funt sterlinq (41,5 milyon dollar) yardım paketi ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, məbləğin 10 milyon funt sterlinqinin (14 milyon dollar) dərhal Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı da daxil olmaqla humanitar təşkilatlara veriləcək. Qalan 20 milyon funt sterlinq (28 milyon dollar), Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstandan qaçan on minlərlə qaçqının ağır yükünü daşıyan bölgə ölkələrinə kömək etməlidir. Yardım ayrılan ölkələr Pakistan, Tacikistan, İran, Özbəkistan və Türkmənistanddır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər