4 Sentyabr 2021 20:28
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada rahib Success Emeka Sundayin 5 ildir birlikdə olduğu nişanlısı vəfat edib və yas mərasimində onun cəsədi ilə zorla evləndirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rahibin nişanlısını zorla abort etdirdiyi və bu zaman qızın öldüyü bildirilir. Bu səbəbdən dəfnetmə mərasimində qəzəbli kütlə din adamını qızın ölümündə günahkar sayıb.

Məlumata görə, kilsənin rəsmi evlənməzdən əvvəl doğulan uaqla bağlı yanaşmasından ehtiyat edən rahib nişanlısının hamilə qalmasından sonra onu zorla hamiləliyini süni sürətdə dondurmasına məcbur edib.

İddiaya görə, rahib nişanlısını evinə dəvət edərək ona dərman verib. Özündən gedən nişanlısını xəstəxanaya aparan rahib həkimi hamiləliyin süni dondurulmasına razı salıb. Zorla həyata keçirilən abort zamanı qadın vəfat edib. Bundan sonra ənənələrə görə rahib nişanlısının cəsədi ilə evlənmək zorunda qalıb.

Qeyd edilir ki, rahib əvvəlcə həbs edilib, amma evlilik məsələsi ortaya çıxdığı üçün azad edilib. O da bildirilir ki, qızın ailəsi cəsədin dəfnindən əvvəl rahibi onunla evlənməyə məcbur ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər