Argentina prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan evə buraxılıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, o, xəstəxanada bağırsaq soyuqlamasından müalicə olunub. Kirşner malicəsini Olivos rezidensiyasında davam etdirəcək.
Qeyd edək ki, Kirşner bir həftə öncə yüksək hərarətlə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona bağırsaq soyuqdəyməsi(siqmoidit) diaqnozu qoymuşdu.
Kirşnerin öz rezidensiyasında ən azı 10 gün müalicə alacağı gözlənilir. O, xüsusi dieta saxlayacaq və antibiotiklər qəbul edəcək.
Həkimlərin məsləhəti ilə Kirşner noyabrin 15-16-da Avstraliyada keçiriləcək G-20 sammitinə qatılmayacaq. Sammitdə Agrentinanı itisadiyyat naziri Aksel Kisilofun rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətində Argentina xarici işlər naziri Ektor Timerman da təmsil olunacaq.
Nihad