6 Sentyabr 2021 09:59
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezident Administrasiyasının rəhbəri Məhəmməd Dib Dabul vəfat edib.

Teleqraf.com xəbər verir ki, prezidentin mətbuat xidmətindən verilən açıqlamada “Əbu Səlim” ləqəbli Dabulun 86 yaşında Dəməşqdə öldüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, 1935-ci ildə Dəməşq şəhərinin Dər Atiyə kəndində anadan olan Dabul karyerası boyunca səmimiyyət və sədaqət nümunəsi olub.

Məlumata görə, Dəməşqdə müalicə olunduğu xəstəxanada həyatını itirən Dabul bu gün Dər Atiyədə dəfn ediləcək.

Suriya prezident sarayının “sirli qutu”su adlandırılan Dabul mərhum prezident Hafiz Əsəd və oğlu Bəşər Əsədin ən sədaqətli adamı hesab olunurdu.

Dabul 1954-cü ildə başlayan və yetmiş ildən çox davam edən xidmətlərinə görə 2021-ci ildə Prezident Bəşər Əsəd tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər