10 Noyabr 2014 09:01
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Mixail Oxendovski rüşvət almaqda ittiham edilir.

Teleqraf.com-un "Obrazavetel.com"a istinadən məlumatına görə, Oxendovskinin olduğu video görüntü yayımlanıb.

Qalmaqala səbəb olan videoda MSK rəhbərinin səslərin hesablanması ilə bağlı danışıqlar apardığı aydın olur. Oxendovskinin danışdığı şəxsin yüksək vəzifəli məmur olduğu bildirilir. Həmin məmur Dnepropetrovsk vilayətinin rəhbəri İqor Kolomoyskoqo olub və danışıqlar da onun ofisində aparılıb.

Ölkədə böyük rezonans doğuran bu məsələdə bir neçə seçki dairəsi üzrə səslərin hesablanması ətrafında danışıqlar aparıldığı vurğulanır.


Müəllif: