8 Sentyabr 2021 16:31
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ş.Mişel tviter hesabında yazıb.

O bildirib ki, söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, tərəflər arasında etimadın yaradılmasına və dialoqa ehtiyac var.

Ş.Mişel Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstək də ifadə edib.

Tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti də nəzərdən keçiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər