10 Sentyabr 2021 13:09
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenlə Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Bayden prezident seçildikdən 7 ay sonra ilk dəfə Çin lideri ilə təmas qurub.

Ağ Evin məlumatında qeyd edilib ki, telefon müzakirəsi 90 dəqiqə çəkib və liderlər ölkələri arasında münasibətlərin pozulmasının qarşısını almaq mövzusunda danışıblar.

ABŞ tərəfinin görüşlə bağlı açıqlamasında müzakirələr “əhatəli və strateji görüş” kimi təqdim edilib. Bildirilib ki, maraqlar, dəyərlər və yanaşma metodları ətrafında fikir mübadiləsi aparılıb, habelə fikir ayrılıqları ələ alınıb.

Bununla paralel görüşdə iqtisadi mövzular, iqlim dəyişikliyi və COVID-19 virusu ilə bağlı məqamlara da toxunulub.

Qeyd edək ki, görüş zamanı hansı məsələlər ətrafında razılıq və fikir birliyinə gəlindiyinə dair məlumat verilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər