Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri müttəfiqlərin iştirakı ilə üç gün ərzində “İraq Şam İslam Dövləti” terrorçu qruplaşmasının İraq və Suriya ərazisindəki mövqelərinə 40-dan çox hava zərbəsi endirib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.
Məlumata görə, Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri də daxil olmaqla 23 zərbə endirilib. İraqda isə “İŞİD”-in Əl Fəluca, Beyci, Mosul və Ər-Rutba şəhərlərindəki mövqelərinə 18 hava zərbəsi endirilib.