17 Sentyabr 2021 08:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubada ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunmasına başlanılıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 15-dən noyabrın 15-dək iki yaşdan 11 yaşa qədər təxminən 1,1 milyon uşağın, sentyabrın 5-dən noyabrın 5-dək isə 12-18 yaş arası 855 min yeniyetmənin peyvənd olunması planlaşdırılır.

Hazırda Kuba məktəbliləri distant təhsil alırlar, dövlət televiziyası xüsusi proqramlar yayımlayır. Sentyabr ayında həmçinin hamilə qadınların və yeni ana olan qadınların peyvəndi də tamamlanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər