20 Sentyabr 2021 21:39
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş katibi Antonio Quterreş Çin və ABŞ-a “soyuq müharibə” ilə əlaqədar xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Quterreş Çin və ABŞ-ı iki böyük və son dərəcə nüfuzlu ölkələr arasındakı problemlərin planetin qalan hissəsinə yayılmadan əvvəl tamamilə pis münasibətlərini düzəltməyə çağırıb.

O, dünyanın iki böyük iqtisadi gücünün insan resursları, iqtisadiyyat, onlayn təhlükəsizlik və Cənubi Çin dənizinin suverenliyi ilə bağlı davam edən siyasi çatlaqlara baxmayaraq, iqlim məsələsində əməkdaşlıq etməli, ticarət və texnologiya mövzusunda daha güclü danışıqlar aparması lazım olduğunu söyləyib.

Bu gün iki güc arasında qarşıdurmanın davam etdiyini bildirən Quterreş Çin və ABŞ-ın funksional əlaqəsinin qurulmasının vacib olduğunu vurğulayıb.

BMT baş katibi rəqib geosiyasi və hərbi strategiyaların təhlükələr yarada biləcəyini və dünyanı parçalayacağı xəbərdarlığını edərək, bu uğursuz əlaqənin təmirə ehtiyacı olduğunu deyib.

İkinci Dünya Müharibəsindən sonra dünyada Şərq və Qərb bloklarının yaratdığı gərginliyə toxunan Quterreş qeyd edib: “Keçmişdəkindən fərqli və yəqin ki, daha təhlükəli və idarə edilməsi daha çətin olacaq “soyuq müharibə”dən qaçmalıyıq”.

Yeni “soyuq müharibə”nin daha təhlükəli ola biləcəyini qeyd edən Quterreş vaxtilə SSRİ və ABŞ arasında getmiş bu prosesin ağır nəticələrinə diqqət çəkib.

“Bu gün vəziyyət daha qeyri-sabitdir, üstəgəl, vaxtilə böhran idarəçiliyində mövcud olan təcrübə artıq yoxdur”, - BMT baş katibi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər