24 Sentyabr 2021 23:24
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen Cənubi Koreyanın düşmənçilik siyasətindən imtina edəcəyi təqdirdə danışıqları davam etdirmək istədiklərini söyləyib.

Teleqraf.com-un xəbərinə görə, Yo Çen Şimali Koreya Xarici İşlər Nazirliyinin Cənubi Koreyanın müharibənin bitdiyi barədə rəsmi açıqlama vermək təklifini rədd etməsindən sonra yazılı açıqlama ilə çıxış edib.

O, müharibənin bitdiyini rəsmən bildirmək istədiklərini, amma bunun üçün hər şeydən əvvəl qarşılıqlı hörmətin təmin edilməsi, düşmənçilik siyasətindən və ikili standartlardan imtina olunması şərtlərini irəli sürüb.

“Cənubi Koreya ikili standartları ilə bizi hər addımda təhrik etdiyi və tənqid etdiyi keçmişindən uzaqlaşsa, sözlərində və davranışlarında səmimiyyəti bərpa etsə və düşmənçiliyi dayandırsa, yenidən yaxın əlaqələri başlatmağa, qurmağa və inkişaf etdirməyə hazır olacağıq”, - Kim Yo Çen qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər