Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən Türkiyə Silahlı Qüvvələri (TSK) üçün xüsusi hazırlanan “Aksungur” pilotsuz hava vasitəsi (İHA) ilk dəfə “Teknofest”də nümayiş etdirilib.
Teleqraf.com xəbər verir ki, 18 ay ərzində hazırlanan “Aksungur”un bu ilin sonuna qədər TSK-ya təhvil verilməsi planlaşdırılır.
Hərbi məqsədlə ilk dəfə Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən sınaqdan keçiriləcək İHA-nın digər analoji məhsullarına nisbətən daha çox havada qaldığı və bununla da vaxt itkisinin qarşısının alınacağı bildirilir.
İstehsalçı tərəfindən keçirilən ilkin sınaqlardan sonra “Aksungur” Türkiyənin Adana vilayətində yerləşən Şakirpaşa hava limanından uçaraq “Teknofest”ə qatılıb.