Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada üzv dövlətlərin hərbçilərinin qatıldığı NATO təliminə Rusiya ilə birlikdə reaksiya veriləcəyinə dair xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, təlimlərlə bağlı məlumat verməyən Lukaşenko qaçqınların Belarus-Polşa sərhədində köməksiz qalması, donması hallarından sonra insan fəlakətinə görə Qərbi ittiham edib.
“Ukrayna NATO-nun üzvü deyil. Ancaq bir gün ittifaqa qatılmaq ümidi ilə uzun zamandır Qərb orduları ilə daha yaxın inteqrasiya axtarışındadır. Ukrayna keçən həftə ABŞ və digər NATO üzvləri ilə birlikdə hərbi təlimlərə başlayarkən Rusiya və Belarus Qərbi narahat edən böyükmiqyaslı təlimlər həyata keçirdi”, - Lukaşenko bildirib.