Türkiyənin Adana vilayətində bəy toy günü qız uşağına təcavüz iddiası üzrə ifadəsi alınmaq üçün bölməyə aparılıb.
Teleqraf.com xəbər verir ki, bəyin sərbəst buraxılmasına baxmayaraq toy 2 saat gec başlayıb. Hadisə də toy günü - noyabrın 11-də toy günü baş verib.
Bəy Hilmi.G səhər evdən elektrik malları dükanına getmək üçün çıxıb. Bu vaxt dayanacaqda məktəbə getmək üçün gözləyən B.D. (17) adlı qız uşağını görüb. Qız uşağına "Buralarda bildiyin elektrik malları dükanı var mı?" deyə soruşub.
Qızın iddiasına görə, bilmədiyini söyləyincə, Hilmi.G ona təcavüz edib. B.D. atası ilə birlikdə polisə şikayət edib. Polis hadisə yerində olan təhlükəsizlik kamerası vasitəsi ilə təcavüzdə şübhəli bilinən şəxsin Hilmi.G olduğunu təyin edib. Toya hazırlaşan bəy saat 15.30 radələrində polis tərəfindən ifadəsi alınmaq üçün nəzarət altına alınıb.
Gəlinlik paltarında olan Pelin.G isə həyat yoldaşının aparıldığı bölmənin qarşısında ağlayaraq bəyi gözləyib. Yaxınları psixoloji sarsıntı keçirən gəlini sakitləşdirməyə çalışıb.
Hilmi.G isə polisə verdiyi ifadəsində qız uşağına təcavüz etmədiyini, dükanın yerini soruşduğunu, sonra isə "Çox tatlısın" söylədiyini bildirib. Bəy ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Rüstəm